Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in U-17 komandası ilk yoxlama matçını keçirib. Siasport.az saytının məlumatına görə, bu oyunda Arif Əmirxanovun yetirmələri "Antalyaspor"un U-17 komandasıyla qarşılaşıblar. Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "İnter" "Hadrianus" oteldə qalır. Plana uyğun olaraq komanda gün ərzində iki dəfə məşq edir.
Əlavə edək ki, "İnter"in U-17 komandasının növbəti rəqibi Gürcüstanın "Olimpik" (Tbilisi) klubu olacaq. Bu qarşılaşma yanvarın 28-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB