Antalyada təlim-məşq toplanışında olan "Bakı" komandası türkiyəli futbolçunu baxışdan keçirir. Siasport.az saytının məlumatına görə, bu, hücumçu Ferdi Elmasdır. 28 yaşlı futbolçu azad agent hesab olunur. O, vaxtilə "Çaykur Rizespor", "Ankaraspor", "Qalatasaray" və "Karabükspor" klubların heyətində yer almışdır. F.Elmasın son iş yeri isə "Karşıyaka" komandası olub.
Hücumçu vaxtilə Hollandiyanın U-17 və Türkiyənin U-21 yığmalarında da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB