"Qalatasaray" Droqbanı İstanbula gətirir?

"Qalatasaray" Droqbanı İstanbula gətirir?

Uesli Sneyderi heyətinə qatmaqla Avropada diqqətləri üzrəinə cəlb edən "Qalatasaray", deyəsən daha bir səs-küylü transfer reallaşdırmağa çox yaxındır. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasında mübarizəsini davam etdirən İstanbul nəhəngi, heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə mediyası, son günlər Çinin "Şenxua" klubunfan ayrılmaq istədiyini dilə gətirən Didye Droqbanın "Qalatasaray"a transfer olmağa çox yaxın olduğunu yazmağa başlayıb. "Milliyet" qəzeti yazır ki, ötən mövsüm London "Çelsi"sinin UEFA Çempionlar Liqasını qazanmasında böyük əmək sahibi olan təcrübəli forvard, artıq "Qalatasaray"ın transfer təklifini qəbul edib və Çin klubunun da razılığa gələcəyi təqdirdə ulduz futbolçu qarşıdakı həftə ərzində komandaya qoşulacaq. Məlumata əsasən, İstanbul klubu ukduz futbolçunu həttda icarəyə götürməyə də hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə