"Rəvan” "Qaradağ Lökbatan”la heç-heçə etdi

"Rəvan” "Qaradağ Lökbatan”la heç-heçə etdi

Premyer Liqada ilk "6-lıq" şanslarını saxlayan "Rəvan" futbol klubu çempionatın yerdə qalan bölümünə hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, ilk görüşdə əvəzedicilərdən ibarət komandanı 3:0 hesabı ilə üstələyən "Rəvan" bu dəfə "Bayıl Arena"da I divizionun lideri "Qaradağ Lökbatan"la üz-üzə gəlib.

Hesabı rəqib açsa da, "Rəvan" əzmkarlıq nümayiş etdirərək hesabı bərabərləşdirib. Düşərgədə baxışda olan Miloş Adamoviç adını tabloya yazdırıb. Matç elə 1:1 hesabı ilə də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə