"Simurq" antalyada dünən iki məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, səhər idmanı əsasən taktiki və texniki tapşırıqlar üzərində qurulub. İsinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki göstəricilərin artırılması üçün yüngül çalışmaları yerinə yetirilib. Daha sonra isə qısa ötürmələr və qapıya zərbələr üzərində məşq edilib. Çalışmanın sonunda isə Georgi Çixradzenin yetirmələri standart vəziyyətləri yetirə yetiriblər. Axşam məşqi qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra ikitərəfli oyunla tamamlanıb.
Murad Səttarlı U-21-in düşərgəsinə qoşulduğundan komanda ilə birgə hazırlıqlara qatılmayıb. Baxışda olan hücumçular Tomislav Buşiç və Tshibamba Omari isə hələ də "Simurq"la birlikdə məşq edir. Onlar haqqında son qərar məşqçilər korpusu tərəfindən yoldaşlıq görüşlərindən sonra veriləcək.
Qeyd edək ki, Zaqatala təmsilçisi bu gün Antalya toplanışı çərçivəsində üçünçü yoxlama oyununu keçirəcək. Komandanın rəqibi "Tom" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:15-də start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB