Adil Tağıyev: "PFL rəhbərliyi ilə danışıb, məsləhətləşmələr apardıq"
Xəbər veridyimiz kimi, "Kəpəz" ev oyunlarını paytaxtda "Dalğa Arena"da keçirəcək. Siasport.az saytının məlumatına görə, bununla bağlı klubun icraçı-direktoru Adil Tağıyev açıqlama verib: "Çox təəssüf ki, Gəncədə oynaya bilməyəcəyik. Komandamız ev görüşlərini ölkə paytaxtında keçirəcək. Əvvəllər bu barədə yalnız söz-söhbətlər gedirdisə, indi məsələ dəqiqləşib. Stadionumuzdakı qazonun vəziyyəti yaxşı deyil və bu cür ot örtüyündə futbol oynamaq mümkünsüzdür. PFL rəhbərliyi ilə bir müddət əvvəl danışıb, məsləhətləşmələr apardıq. Yekunda Bakıda oynamağı seçdik. "Dalğa Arena"ya üstünlük verdik. Futbol azarkeşlər üçündür və biz fanatlarımızı itirmək istəmirik. İnanırıq ki, onlar bizim atdığımız addımı anlayışla qarşılayacaqlar. Gəncədən, azarkeşlərdən ayrılmaq heç də asan olmadı. Əvəzedici heyətimiz isə Şəmkirdə oynayası oldu. Qonşu rayondakı arenanın rəhbərliyi ilə görüşdük və onlar "dubl"a ev oyunlarının təşkilində kömək edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB