"Qəbələ" "Volın"la qarşılaşacaq

"Qəbələ" "Volın"la qarşılaşacaq

Antalyada hazırlıqlarını gündəlik iki məşqlə davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə ikinci yoxlama oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, ilk oyunda Almaniya klubu "İnqolşdadt"la (3:4) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə Ukrayna təmsilçisi "Volın"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Qəbələ" yanvarın 20-dən etibarən Antaliyada toplanışdadır. Hazırlıq prosesi fevralın 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə