Antalyada təlim-məşq toplantısını davam etdirən "Bakı" dünən iki yoldaşlıq görüşünə çıxıb. Qarışıq heyətlərlə əvvəlcə Macarıstan təmsilçisi "Uypeşt", ardınca isə Almaniya NRW liqasının "Bergich Gladbach" klubu ilə qarşılaşan komanda ilk oyunda məğlub olsa da (0:2), ikinci oyunda minimal hesablı qalibiyyət əldə edib (1:0).
Birinci oyunda "Bakı"nın qapısını Edin Nuredineski qoruyurub. Müdafiə xəttində İbrahim Karqbo, Edemir Rodrigez, Şəhriyar Əliyev, George Popxadze və Aqil Nəbiyev yer alıb. Orta sahədə Junior Xavier, Aleksandar Şoliç və Elvin Məmmədov mübarizə aparıblar. Komanda bu oyuna iki hücumçu ilə çıxıb. Rauf Əliyev ilk dəfə "Bakı" formasında yoxlama oyununda iştirak edirib. Ona hücumda Nurlan Novruzov dəstək verib.
İkinci oyunda isə "Bakı"nın heyəti belə formalaşıb: Aqil Məmmədov, Novruz Məmmədov, Elşad Manafov, Vasif Rzayev, Samuel Aisoon, Tanko Dyakov, Vüqar Bəybalayev, Ferdi Elmas, Namiq Ələsgərov, Ülvi Quliyev, Tural Qürbətov.
Komandanın qələbə qoluna baxışda olan futbolçu Ferdi Elmas imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB