Türkiyə yığması Bakıya gələcək

Türkiyə yığması Bakıya gələcək

Xəbər verdiyimiz kimi, bu ilin may - iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Türkiyə Futbol Federasiyasından göndərilib.

Beləliklə, müvafiq yaş qrupundan ibarət Türkiyə yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.

Xatırladaq ki, Türkiyə komandası I və II Caspian Cup turnirində də mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə