“Kəpəz” PFL-ə məktub göndərib

“Kəpəz” PFL-ə məktub göndərib

Gəncənin "Kəpəz" klubu Peşəkar Futbol Liqasına məktub göndərib. Siasport.az saytının məlumatına görə, klubun məktubunda qeyd olunub ki, "Kəpəz"in əsas heyəti ikinci dövrənin ev oyunlarını "Dalğa Arena"da, əvəzedici komandası isə Şəmkir Olimpiya Kompleksinin stadionunda keçirəcək. Səbəb kimi isə Gəncə şəhər stadionun ot örtüyünün yararsız, tamaşaçı sektorunun qəzalı vəziyyətdə olması göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə