“Azərreyl” ÇL-in pley-off mərhələsində “Lokomotiv”i məğlub etdi

“Azərreyl” ÇL-in pley-off mərhələsində “Lokomotiv”i məğlub etdi

Voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən "Azərreyl" və "Lokomotiv" komandaları növbəti oyunlarına çıxıblar.
Məlum olduğu kimi, püşk iki təmsilçimizi bu mərhələdə bir-biri ilə üz-üzə qoyub. Belə ki, Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə "Lokomotiv" komandası "Azərreyl"i "qəbul edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun "Azərreyl"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk qarşılaşma da "Azərreyl"in üstünlüyü şəraitində keçmişdi və nəticədə, bu komanda hər üç setdə qələbə qazanmışdı.
Beləliklə, hər iki görüşdə qələbə qazanan "Azərreyl" Çempionlar Liqası yarışlarının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə