Lugano "Malaqa"ya keçdi

İstanbulun "Fənərbaxça" futbol klubunun keçmiş futbolçusu Diyeqo Lugano futbol koryerasını İspaniya La Liqasında davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, Fransanın "PSJ" klubunda əsas heyətə düşməkdə çətinlik çəkən uruqvaylı futbolçu, bundan sonra "Malaqa"nın uğurları üçün çalışacaq. Artıq futbolçunun icarə əsasında transferi barədə hər iki klubdan rəsmi açıqlama verilib. 32 yaşlı futbolçu 72 dəfə Uruqvay millisinin şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə