"Kəpəz" yoxlama oyunları çərçivəsində sabah növbəti görüşünü keçirəcək. Siasport.az saytının məlumatına görə, komandanın rəqibi "İnter"in əvəzedici heyəti olacaq. Matç "Dalğa Arena"da reallaşacaq. Oyunun start fiti saat 14:00-da səslənəcək.
Qeyd edək ki, "Kəpəz" cari ildə ilk görüşünü yanvarın 19-da "Qaradağ Lökbatan" klubuna qarşı keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB