Antalya hazırlığını davam etdirən "Neftçi" PFK fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib. Siasport.az saytının məlumatına görə, UEFA Pro kateqoriyalı Ruben Seleş "Barselona" klubunun "Master" diplomuna layiq görülüb. Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış məşqçi İspaniyanın "Valensiya, "Vilyareal" və Yunanıstanın "Aris", "Asteras" kimi klublarında çalışıb. Ruben Seleş bu günkü məşqdə komanda heyətinə təqdim olunub. Məşqdən sonra ispaniyalı mütəxəssis fikirlərini bildirib: "Mənə dəvət gələn kimi "Neftçi" haqqında ətraflı məlumat topladım. Bilirdim ki, bu klubun böyük tarixi var və "Neftçi" hər zaman iddialı olub. Bu mövsüm komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Avropada özündən söz etdirib. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. "Neftçi" rəhbərliyi ilə söhbətimdə komanda qarşısına qoyulan məqsədlərlə tanış oldum. Komandanın baş məşqçisi Böyükağa Hacıyevlə tanış oldum və o, mənə öz məsləhətlərini və tövsiyyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla abu-hava var. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər. Gənc olmağıma baxmayaraq Avropanın bir sira ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam. Əminəm ki, hazırlıq müddəti başa çatana kimi futbolçularımız çempionat oyunlarına tam hazır olacaqlar. Klub rəhbərliyinin etimadını doğruldacağıma əminəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB