Bakı şəhər çempionatı başa çatdı

Bakı şəhər çempionatı başa çatdı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) zalında stolüstü tennis üzrə keçirilən Bakı şəhər açıq çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışlarda müxtəlif komandalardan 85 idmançı iştirak edib. Kişilər arasında yarışda birinci yeri komanda hesabında "Təhsil" RİM tutub. Qadınlar arasında mübarizədə isə "Aztelekom" İstehsalat Birliyinin komandası birinci olub.
Qalib komandalara müvafiq dərəcəli diplomlar, kubok və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə