"Ötən həftə zədə səbəbindən komanda yoldaşlarından ayrı düşərək fərdi məşqlər edən qapıçı Xəyal Zeynalovla yarımmüdafiəçi Emin Əliyevin vəziyyəti düzəlib və futbolçuların sağlıq durumunda hər hansı bir problem yoxdur". Siasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in həkimi Şıxəli Həsənov bildirib. O, E.Əliyevin "Qaradağ Lökbatan"a qarşı yoxlama görüşündə forma geyindiyini, X.Zeynalovun isə artıq komanda ilə birgə məşqlərə qoşulduğunu qeyd edib.
Xatırladaq ki, gənc yarımmüdafiəçi sol diz oynağındakı ağrılardan əziyyət çəkirdi. Komandanın qolkiperi isə əzələsində dartılma olduğu üçün bir müddət ümumi məşqlərə qoşula bilmirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB