Branimir Subaşiç "Qarabağ"da məşqə başladı

Branimir Subaşiç "Qarabağ"da məşqə başladı

"Qarabağ" klubu Antalyada hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, təlim-məşq toplanışının 13-cü günündə komanda 1 məşqə çıxıb. "Qarabağ" ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla saat 11:00-da başlayıb. Məşq 90 dəqiqə davam edib. Fizikit-taktiki hazırlıq üzərində qurulan məşqdə Kristian Torres komandadan ayrı çalışıb. Ayağında yüngül ağrı olan argentinalı fizioterapevt nəzarətində müəyyən təmrinlər yerinə yetirib. Əvəzində yeni transfer - Branimir Subaşiç komandayla hazırlıqlarda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə