"Baku Fires" - Rusiya: heyətlər məlumdur

"Baku Fires" - Rusiya: heyətlər məlumdur

Yanvarın 26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turundan təxirə salınan görüşdə Azərbaycanın "Baku Fires" və Rusiya komandaları qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, "Baku Fires" 5 oyundan 15 xal toplayaraq, 100 faizlik nəticə ilə A qrupunun vahid lideridir. Rusiya komandası 4 xalla qrupda 5-ci yeri tutur. Komandaların heyətləri artıq məlumdur:

"Baku Fires" - "Rusiya"

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Məhəmməd Şeyxov (Rusiya)

61 kq. Xurşid Tocibayev (Özbəkistan) – Viktor Batalov (Rusiya)

73 kq. Jaba Xositaşvili (Gürcüstan) – Qamzat Qazəliyev (Rusiya)

85 kq. İaqo Kiziria (Gürcüstan) – Aleksandr Xotyantsev (Rusiya)

+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Vitali Kuduxov (Rusiya)

Qeyd edək ki, bu görüş Rusiya paytaxtında keçirilməli idi. Ancaq qarşılıqlı razılığa əsasən matç Bakıda baş tutacaq.

Rəqib komandanın heyətində ən təcrübəli boksçulardan biri Qamzat Qazəliyevdir. Xositaşvilinin rəqibi olacaq boksçu 2005-ci ildə yeniyetmələr arasında Avropa çempionu olub. 2010-cu ildə Rusiya çempionatında gümüş mükafat alan boksçu, 1 il sonra neft ölkələrinin Dünya Kubokunda 2-ci olub.

Dünya çempionumuz, Olimpiya oyunlarıın bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu mövsüm WSB liqasında ikinci döyüşünü keçirəcək. Həmyerlimiz Rusiya komandasının təcrübəli üzvü Vitali Kuduxovla üz-üzə gələcək. Kuduxov 2006-ci ildə yeniyetmələr arasında dünya, bir il sonra isə Avropa çempionu olub. Kuduxov ötən il Rusiya çempionatında 3-cü yeri tutub. Rusiyalı boksçu WSB liqasında keçirdiyi 7 görüşün 5-də qalib gəlib.

Komandamızın heyətində bu mövsüm Xurşid Tocibayev və İaqo Kiziria ilk döyüşlərini keçirəcəklər. 2008-ci ildə Pekin Olimpiadasının iştirakçısı olan Tocibayev ötən mövsüm "Mexico Guerreros" klubunun heyətində 3 döyüşün ikisində qalib gəlib.

Qonaqlarda isə Viktor Batalov və Qamzat Qazəliyev debüt edəcəklər.

Turnir cədvəli:

1. "Baku Fires" - 15 (5 görüş)

2. "Mexico Guerreros" - 13 (6)

3. "Poland Hussars" - 9 (6)

4. "Argentina Condors" - 7 (5)

5. Rusiya - 4 (3)

6. "Desert Hawks" - 3 (5)

Bütün xəbərlər Facebook səhifəmizdə