“Sumqayıt” futbolçu seçdi

"Sumqayıt" Futbol Klubu "Bayıl Arena"da 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirib. Siasport.az saytının məlumatına görə, bölgələrdən təşrif buyurmuş uşaqlar komandanın baş məşqçisi Bernhard Raab, onun köməkçiləri və akademiyanın məşqçilər heyəti tərəfindən yoxlanılıb. Üç saatdan artıq davam edən seleksiya xarakterli toplanışda 60-dan artıq futbolçu izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə