"Neftçi" PFK-nın futbolçusu Mirhüseyn Seyidov açıqlama verib. Siasport.az saytının məlumatına görə, futbolçu hazırlıq barədə danışıb: "Hazırlığımızı həmişəki kimi yüksək səviyyədə davam etdiririk. Çempionata var qüvvəmizlə hazırlaşırıq, çünki qarşıda bizim çətin oyunlarımız var. Hazırda da turnir cədvəlində 4-cü sıradayıq. Onun üçün də istəyirik ki, təlimləri yaxşı keçək və çempionatda öz sözümüzü deyə bilək. Ötən ilki titulumuzu qoruyub saxlamaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB