"Fənərbaxça"nın Robinyo planı üzə çıxdı!

"Fənərbaxça"nın Robinyo planı üzə çıxdı!

İstanbulun "Fənərbaxça" futbol klubu, əzıli rəqibi olan "Qalatasaray"dan geri qalmamaq üçün səs-küylü transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul klubu "Milan"ın braziliyalı futbol ulduzu Robinyonu heyətinə qatmağa hazırlaşır. Türkiyə mətbuatı xəbər verir ki, bu transfer üçün "Milan"a 9 milyon avro təklif edən "Fənərbaxça", deyəsən futbolçunun da razılığını almağa çox yaxındır Belə ki, "Milan"da ildə 4 milyon avro alan Robinyo, bu pulun təxminən 1,5 milyon avrosunu İtaliya vergi sisteminə keçirir. Belə olan halda isə, braziliyalının əlində nəqd 2,5 milyon avro qalır. Bu vəziyyətdə isə, Robinyonun, "Fənərbaxça"nın illik nəqd 3,5 milyon avroluq təklifinə müsbət yanaşdığının əsl səbəbi ortaya çıxmış olur.

Bütün xəbərlər Facebook səhifəmizdə