İstanbulun "Qalatasaray" futbol klubuna transfer olan hollandiyalı futbol ulduzu Uesli Şneyder maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbolçu "Qalatasaray"ı seçməyində hazırda Madrid "Real"ının baş məşqçisi olan portuqaliyalı Joze Mourinyonun da böyük əməyinin olduğunu dilə gətirib. U.Şneyder bildirib ki, məhz J.Mourinyonun tövsiyyəsi ilə "Qalatasaray"a transfer olmağı qəbul edib. Xatırladaq ki, J. Mourinyo bir neçə il bundan əvvəl Milan "İnter"inin baş məşqçisi kimi U.Şneyderi çalışdırıb. Bundan başqa da, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə J.Mourinyo arasında sıx dostluq əlaqələri mövcuddur. Türkiyə mətbuatı yazır ki, məhz bu amil J.Mourinyonun U.Şneyderi "Qalatasaray"a yönəltməyində əsas rol oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB