Bazar günü "Türk Telekom Arena"da "Qalatasaray"la derbi oyununa çıxacaq "Beşiktaş"da Uesli Şneyder transferi ilə bağlı narahatlıq hiss olunmur. Siasport.az saytı xəbər verir ki, hollandiyalı ulduz futbolçunun derbidə oynamaq istəməsi ilə bağlı verdiyi açıqlama, "Beşiktaş"ın baş məşqçisi Səməd Aybabanı narahat etmir. Belə ki, S.Aybaba U.Şneyderin derbidə oynayıb-oynamayacağı barədə fikirləşmədiyini, "Beşiktaş"da U.Şneyder səviyyəsində bir çox futbolçu olduğunu bəyan edib. "İstər oynasın, istər oynamasın. Əgər rəsmi müqavilə bağlanacaqsa, deməli çıxıb oynamaq onun hüququdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB