Böyük Britaniya Olimpiya Assosiasiyasının prezidenti, London Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri olmuş Lord Sebastyan Kou ölkəmizə səfəri çərçivəsində bu gün Beynəlxlaq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan "İnkişaf Naminə İdman" İB-nin Azərbaycan Atletika Federasiyası ilə Bakı Olimpiya Kompleksində birgə təşkil etdiyi məşq prosesinə baş çəkib. Siasport.az saytının məlumatına görə, tədbir zamanı qonağa proqramın icrası barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, TOPs və Uşaq Atletikası proqramları üzrə təşkil edilmiş məşqdə Saray qəsəbəsinin 7 saylı xüsusi təyinatlı internat evinin əlilliyi olan uşaqlarla yanaşı, Bakı şəhərinin 27 və 23 saylı məktəblərinin şagirdləri də iştirak edirdi. Əsas məqsəd sağlam və əlilliyi olan uşaqlar üçün inteqrasiyalı məşqin nümayiş etdirilməsi, həmçinin atletika idman növünün yeni proqram vasitəsilə təbliğidir.
Tədbirin sonunda London 2012 Oyunlarından gətirilimiş futbol topu iştirakçı uşaqlar tərəfindən imzalanaraq xatirə hədiyyəsi kimi Baron Kouya təqdim olunub və xatirə şəkli çəkdirilib.
Jurnalistlərin suallarını cavablandıran qonaq Bakıya səfəri barədə təssüratlarını bölüşüb, Azərbaycanda idmana göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev britaniyalı qonağı qəbul edib. Bundan başqa, qonaq Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovla da görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB