Dodaq uçuqladacaq məbləğ!

"Qalatasaray"ın Sneyder üçün xərcləyəcəyi məbləğ müəyyənləşib. Siasport.az saytının məlumatına görə, klub prezidenti Ünal Aysal futbolçunun menecerinə 1,5 milyon avro ödəyəcək. Klub "İnter"lə 7,5 milyon avro ilkin ödəniş şərti ilə anlaşıb. 3,5 illik müqaviləni imzalayan Senyderə hər il 4,3 milyon avro ödəniləcək. Futbolçu Çempionlar Liqasının oyunları üçün müəyyənləşdirilmiş mükafat ilə yanaşı, hər oyun üçün 25 min avro qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə