Yanvarın 23-26-da Xorvatiyanın paytaxtı Zaqreb şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, çempionatda Azərbaycanı Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü təmsil edəcək. Yarışın ilk günü iştirakçılar qısa proqramla çıxış edəcəklər. İki gün sonra isə idmançılar şəxsi proqramlarını təqdim edəcəklər.
Qeyd edək ki, ötən il Azərbaycan cütlüyü Avropa çempionatında 10-cu, dünya birinciliyində isə 17-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB