"İnter" məşqə sükutla başladı

"İnter" məşqə sükutla başladı

Məlum olduğu kimi, Bakının "İnter" komandası Türkiyədə təlim-məşq toplanışı keçirir. Siasport.az saytının məlumatına görə, dünən səhər məşqindən öncə komandanın direktoru Natiq Məmmədov 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı danışıb və şəhidlərimizin xatirəsi bir qəqiqəlik sükutla yad olunub. Baş məşqçi Kaxaber Tsxadadze də "İnter" komandasının məşqçi heyəti və futbolçuları adından Azərbaycan xalqına başsağlığı verib, həlak olmuş insanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib.

Səhər məşqində futbolçular isinmə hərəkətlərilə yanaşı, müxtəlif fiziki hərəkətləri də yerinə yetiriblər.

Qeyd edək ki, "İnter" dünən axşam saatlarında günün ikinci məşqinə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə