"Qalatasaray" Sneyderin imza mərasiminə hazırlaşır

"Qalatasaray" Sneyderin imza mərasiminə hazırlaşır

"Qalatasaray" klubu yeni transfer etdiyi hollandiyalı futbolçu Uesli Sneyderin imza mərasiminə hazılraşır. Siasport.az saytının məlumatına görə, klub tədbiri "Türk Telekom Arena"da keçirəcək. İmza mərasimi yanvarın 22-ə planlaşdırıldır. Futbolçu bu gün yerli vaxtla saat 15:30-da İstanbula gələcək.

Qeyd edək ki, "cim bom" "İnter"dən transfer etdiyi Sneyder ilə 3,5 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə