“Baku Fires” səfərdə “Argentina Condors”u məğlub etdi

“Baku Fires” səfərdə “Argentina Condors”u məğlub etdi

Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçında Azərbaycanın "Baku Fires" klubu Argentinada yerli "Argentina Condors" komandasının qonağı olub. Siasport.az saytının məlumatına görə, boksçularımız Cənubi Amerika səfərindən də qalibiyyətlə dönərək, 100 faizlik nəticə ilə liderliyini davam etdirirlər. Amma bu qələbə "Baku Fires"ə heç də asan başa gəlməyib. İlk iki görüşdən sonra meydan sahibləri 2:0 hesabı ilə önə keçsələr də, komandamız əzmkar qələbə qazanıb 2:3.

Qeyd edək ki, bu komandaların Bakıda keçirilən qarşılaşmasında Azərbaycan klubu aşkar üstün olmuşdu - 5:0. Bu dəfə komandamıza son qələbəni texniki nokautla superağır çəkidə mübarizə aparan Hacı Murtuzəliyev gətirib.

Döyüşlərin nəticələri:

"Argentina Condors" - "Baku Fires"

54 kq. Alberto Melian (Argentina) – Orzubek Şaimov (Özbəkistan) – 40:36, 40:36, 40:36.

61 kq. Ronan Sançes (Argentina) – İsa İsayev (Azərbaycan) - 47:46, 47:46, 46:47.

73 kq. Henri Polanko Ferreras (Dominikan) – Xaybula Mursalov (Azərbaycan) – 44:49, 45:48, 44:49.

85 kq. Fakundo Simal (Argentina) – Vladimir Çeleş (Moldova) – 46:49, 47:48, 46:49

+91 kq. Luis Bravo (Argentina) – Hacı Murtuzəliyev (Azərbaycan) – nokautla Murtuzəliyev qalib gəlib

Bütün xəbərlər Facebook səhifəmizdə