Valeri Burlaçenko: "Müdafiədən çıxa bilmirdik"

Valeri Burlaçenko: "Müdafiədən çıxa bilmirdik"

"Neftçi" - "Rotor" (1:0) matçından sonra Rusiya təmsilçisinin baş məşqçisi Valeri Burlaçenko qarşılaşma barədə danışıb. Siasport.az saytının məlumatına o, "Neftçi"nin daha hazırlıqlı olduğunu vurğulayıb: "Görünürdü ki, rəqib komanda bizdən daha hazırlıqlı idi. Öz komandamdan razıyam, əlimizdən gələni nümayiş etdirdik. Təbii ki, uduzduğumuza görə təəssüflənirik. Qarşıda görəcəyimiz çox işlər var. Oyuna gəlincə isə "Neftçi" bizdən daha sürətli idi. Rəqib top saxladığı zaman çətinlik çəkirdik və müdafiədən çıxa bilmirdik. Ümumilikdə oyun şəkli aydındır və bu gün üçün tam obyektivdir".

Bütün xəbərlər Facebook səhifəmizdə