Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, komanda Qazaxıstanın "Jetisu" klubu ilə qarşılaşıb. Matçda hər iki tərəf bir dəfə fərqlənib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" yanvarın 22-də Ukraynanın "Krivbass", yanvarın 26-da Rumıniyanın "Timişoara", yanvarın 30-da isə Moldovanın "Zimbru" komandaları ilə qarşılaşacaq. Toplanış çərçivəsində son oyun fevralın 2-də nəzərdə tutulub, ancaq rəqib hələ məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB