Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən Bakının "Neftçi" klubunun daha bir potensial rəqibi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu komanda Almaniyanın aşağı dəstə təmsilçisi "Reqensburq"dur. II Bundesliqa təmsilçisi Türkiyə toplanışı zamanı Azərbaycan çempionu ilə qarşılaşmaq istəyir. Artıq bu istiqamətdə danışıqlar aparılır. Bundesliqa təmsilçisi oyunun sabah keçirilməsini istəyir. "Neftçi"nin yoxlama oyunu keçirmək təklifinə hələ konkret cavab verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB