"Qalatasaray" 2013-cü ilə məğlubiyyətlə start verdi!

"Qalatasaray" 2013-cü ilə məğlubiyyətlə start verdi!

İstanbulun "Qalatasaray" klubu, 2013-cü ildə ilk məğlubiyyətini yaşayıb. Siasport.az saytı xəbər verir ki, "cim bom" səfərdə "Kasımpaşa" ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə geri dönüb. 18-ci tur çərçivəsində keçirlən bu qarşılaşma olduqca gərgin və dramatik idman mübarizəsi şəraitində keçib. Bununla da, "Qalatasaray" gələn həftə öz meydanında əzəli rəqibi olan "Beşiktaş"la keçirəcəyi derbi öncəsi ciddi zərbə almış oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə