Qusarda Buzadırmanma idman yaşı keçirilib

Qusarda Buzadırmanma idman yaşı keçirilib

Qusarda buzadirmanma üzrə açıq Respublika çempionatı, Azərbaycan Hava Ekstermal İdman növləri federasiyası həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. İki mərhələdən ibarət çempionatin birinci mərhələsi 18-19 yanvar tarixlərində keçirilir. Respublikanın paytaxt və regionlarından 30 qadın və ümumilikdə 120 idmançı qüvvəsini sınayır.

Buzadırmanma kimi çətin idman növü artıq bir neçə ildir ki təşəkkül tapıb. İdmançılar şaxtalı və çətin hava şəraitində mürəkkəb tapşırıqların öhtəsindən müvəfiqiyyətlə gəlməyə çalışırlar.

Çempionatın final mərhələsi 26-27 yanvar tarixlərində keçiriləcək. Final qarşılaşmasında Azərbaycan idmançıları ilə yanaşı 20-yə yaxın Türkiyə, İran, Gürcüstan və Rusiya idmançılarının iştiraki gözlənilir.

Emin Kərimov, Qusar

Bütün xəbərlər Facebook səhifəmizdə