"Qarabağ" klubunun məşqinə Antalyada nə mane olur?

"Qarabağ" klubunun məşqinə Antalyada nə mane olur?

"Qarabağ" Antalyada təlim-məşq toplanışına davam edir. Siasport.az saytının məlumatına görə, hazırlığın 8-ci günündə planda 2 məşq olsa da, hələlik ilk məşq baş tutub. Dünənki hərarətli havadan fərqli olaraq, Aralıq dənizi sahillərində yenidən yağışlı-küləkli hava şəraiti başlayıb. Buna baxmayaraq komandanın saat 11:00-dakı çalışması baş tutub. Ayağında müəyyən ağrı olan Muarem Muarem fitnes zalında çalışıb. "Qarabağ"ın məşqi 90 dəqiqə davam edib. Fiziki yükləmələrin ardından mini futbol oynanılıb. Ağdam təmsilçisinin 2-ci çalışmasının qeyd etdiyimiz hava şəraiti səbəbindən baş tutması qeyri-müəyyəndir. Yağış dayanmasa, "Qarabağ" trenajor zalından yararlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə