Yalçın Əliyev: "Onun ümumiyyətlə ölkədən çıxışı qadağandır"

Yalçın Əliyev: "Onun ümumiyyətlə ölkədən çıxışı qadağandır"

"Xəzər Lənkəran"ın iki futbolçusu Ağabala Ramazanov və Kazım Kazımlının Türkiyəyə aparılmamasını xəbər vermişdik. Hər iki futbolçu komandanın təlim-məşq toplanışından kənar qalmışdı. Siasport.az saytının məlumatına görə, "ağ yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev gənc oyunçuların durmuna aydınlıq gətirib: "Ağabala Ramazanov hərbi xidmətlə bağlı Türkiyəyə aparılmayıb. Onun ümumiyyətlə ölkədən çıxışı qadağandır. Kazım Kazımlıya gələndə isə, onun bir neçə problemi vardı. Biz onları artıq həll etmişik. Ona görə də futbolçu yanvarın 21-də heyətə qoşulacaq. Bu barədə onun özünə də məlumat verilib". //Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə