Mahmud Qurbanov: "Onlara göz qoyuruq"

Mahmud Qurbanov: "Onlara göz qoyuruq"

"Dalğa Arena"da təlim-məşq toplanışını davam "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov hazırlıq barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, M.Qurbanov məşqlərin nəzərdə tutulduğu kimi getdiyini deyib: "Hazırlığımız öz axarı ilə davam edir. Hər şey normal gedir. Öncədən hazırladığımız proqram əsasında çalışırıq. Futbolçular məşqlərdə istəklə çalışırlar. Verilən tapşırıqları qaydasında yerinə yetirirlər. İşimiz çoxdur. Artıq gündə iki dəfə məşq etməyə başlamışıq. Bu isə yükləməni demək olar ki, artırıb. Uşaqlar yaxşı hazırlaşmalıdırlar ki, çatışmazlıqları aradan qaldıra bilsinlər. Düşərgəyə yeni dəvət etdiyimiz oyunçular var. Onlar baxışdadırlar. Hələlik onlara baxıb, göz qoyuruq. Özlərini yaxşı tərəfdən göstərənlər, komandaya düşə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə