"Neftçi" PFK-nın braziliyalı futbolçusu Flavinyo açıqlama verib. Siasport.az saytının məlumatına görə, futbolçu hazılıq barədə danışıb: "Belə hazırlıqlar hər zaman çətin olur. Komandanın hər bir üzvü 20-25 günlük hazırlıq mərhələsində əlindən gələnin ən yaxşısını etməyə çalışır. Keçirəcəyimiz yoxlama oyunlarından sonra daha yaxşı səviyyəyə gələcəyik. Bu qarşılaşmalar tam bərpa olunmağımız baxımından əhəmiyyətlidir. Nəticə isə komandanın qələbə əhval-ruhiyyəsini yaxşılaşdırmaq sarıdan önəmlidir. Məqsədimiz ardıcıl 3-cü dəfə ölkə çempionu olmaqdır. Avropa Liqasındakı uğurumuzun davamını Çempionlar Liqasında gətirmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB