"Simurq"un baş məşqçisi Georgi Çixradze Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstan "Akjayik"inə qarşı keçirdikləri yoxlama matçını şərh edib. Siasport.az saytının məlumatına görə, o, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib: "Mən bu oyunda meydana iki fərqli heyət buraxdım. Oyunçuları yoxlamaq istəyirdim. Baxmayaraq ki, xüsusi qol vəziyyətləri yarada bilmirdik, ancaq birinci hissədə futbolçularım topa nəzarət edə bilirdilər. Heç nədən qol buraxdıq. Həmçinin iki yeni futbolçunu da sınaqdan keçirdim. Hələlik Aqemoyanla Dakliç barədə heç nə deyə bilmərəm. Onları digər oyunlarda da sınaqdan keçirəcəyəm. Bəxtiyar Soltanov da pis təsir bağışlamadı. Amma o, təzyiq altında çıxış edirdi. Futbolçumuzun meydandan qovulması barədə heç nə deyə bilmərəm. Mən bilən, orda sadəcə söz mübahisəsi olmuşdu". //Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB