Türkiyədə təlim-məşq toplanışında olan "İnter" yoxlama matçı keçirib. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Almaniyanın "Aalen" komandasıyla qarşılaşıb. Oyunda hesab 24-cü dəqiqədə açılıb. Yuri Fomenkonun ötürməsindən sonra Samir Zərgərov "İnter"i irəliyə çıxarıb. İkinci hissədə "Aalen" qol vuraraq məğlubiyyətdən qaça bilib. Nəticədə oyun 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, "İnter" ikinci yoxlama matçını bu gün keçirəcək. Komandanın rəqibi Rusiyanın "Amkar" klubu olacaq. Qarşılaşma yerli vaxtla saat 17.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB