Azərbaycan çempionatında lider kimdir?

Respublika Şahmat Mərkəzində kişilər arasında Azərbaycan çempionatının birinci turu başa çatıb. Siasport.az saytı xəbər verir ki, birinci turun nəticələrinə görə, Zaur Məmmədov Vüqar Rəsulov ilə, Misrətdin İsgəndərov Sərxan Quliyev ilə və Urfan Sevdimalıyev Nicat Abasov ilə heç-heçə oynayıb. Yarış iştirakçısı İzzət Kənan isə Şəhriyar Rəhmanova qalib gələrək turnir cədvəlinə liderlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə