"Bakı" klubunda daha bir təyinat gerçəkləşib. Siasport.az saytının məlumatına görə, bu təyinat məşqçilər korpusunda olub. Belə ki, Deyan Suzoviç paytaxt klubu üçün çalışacaq. Serbiyalı məşqçi fiziki hazırlıq üzrə mütəxəssisdir. O artıq dünəndən "Bakı"nın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Suzoviç 21 noyabr, 1969-cu il tarixində anadan olub. Fiziki hazırlıq üzrə doktorant olan Suzoviç "Sloqa", "Mladost", "Voyvodina", "Zemun", OFK, "Rad" və "Yaqodina" klublarında çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB