"Kəpəz"in fanatları klub rəhbərinin istefasını tələb edir

"Kəpəz"in fanatları klub rəhbərinin istefasını tələb edir

"Kəpəz"in azarkeşləri Gəncə şəhərinin rəhbərliyinə məktub yazmağa hazırlaşırlar. Siasport.az saytının məlumatına görə, onlar bu məktubda klub prezidenti Elmir Əliyevin istefasını tələb edəcəklər. Fanatlar həmçinin "Kəpəz"in şəhər İcra Hakimiyyətinin himayəsinə götürülməsini də xahiş edəcəklər.

Qeyd edək ki, hələ ötən mövsümdən klub rəhbərliyinin fəaliyyətindən narazı olan "Kəpəz" azarkeşlərinin bu etirazı başadüşüləndi. Çünki komanda hazırda sonuncu pillədə gedir və mövsümün qalan dövründə də heç bir sürpriz vəd etmir. //Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə