"Bakı" Bolqarıstan klubu ilə oynayacaq

"Bakı" Bolqarıstan klubu ilə oynayacaq

Antalyada təlim-məşq toplantısı keçirən "Bakı" klubu hazırlıqların 3-cü gününü 2 məşqlə davam etdirir. Siasport.az saytının məlumatına görə, dünən səhər fitnes zalında, axşam yaşıl meydanda çalışan futbolçular, bu gün daha 2 məşq keçirəcəklər. Bu arada komanda ilk yoldaşlıq oyununa hazırlaşır. "Bakı" yanvar ayının 19-da ilk yoxlama matçına çıxacaq.

Həmin gün komandanın rəqibi Bolqarıstan yüksək liqa təmsilçisi "Etır" (Veliko-Tırnovo) klub olacaq. "Etır" Bolqarıstan çempionatının ilk dövrəsindən sonra turnir cədvəlində 16-cı yerdə qərarlaşıb. Rəqib ilk dövrənin nəticələrinə əsasən, 15 oyundan 8 xal toplayıb. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə