Mahir Şükürov: "Məsuliyyətimizi dərk edirik"

Mahir Şükürov: "Məsuliyyətimizi dərk edirik"

"Neftçi" PFK-nın futbolçusu Mahir Şükürov açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, təlim-məşq toplanışı barədə danışıb: "Komanda şəklində toplarla və fiziki məşqlərimizi davam etdiririk. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Bilirik ki, qarşıda bizi uzun marafon gözləyir - Azərbaycan çempionatı və kuboku. Klub prezidenti Sadıq Sadıqov da bu gün komandanın yanındadır və heç bir dəstəyini əsirgəmir. Bu da komanda üçün böyük bir stimuldur. "Neftçi" hər zaman çempionluq üçün oynayıb. Ona görə də öz məsuliyyətimizi dərk edirik. Mən çempionluq yaşamamışam və bunu "Neftçi" ilə yaşamaq istəyirəm. Bu mövsüm Avropa Liqasının qrupunda çıxış etdik. İndi isə çempion olub, Çempionlar Liqasının qrupunda oynamaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə