"Qarabağ" məşqdə nələr etdi?

"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, hər zaman olduğu kimi dünən də baş məşqçi Qurban Qurbanovun drujinası futbolçuları səhər məşqində fiziki hazırlıqla "yükləyib". Ardınca meydanboyu maneələri aşaraq qapıya zərbələr üzərində işləyən komanda səhər çalışmasını başa vurub.

"Qarabağ"ın ilk çalışmasında bütün futbolçular iştirak edib. Qara Qarayev və Torres də komanda ilə birgə məşq edib. Riçard isə axşamdan etibarən məşqlərə qatılıb. "Qarabağ" klubunun 2-ci çalışmasısı 17:00 da baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə