“Rəvan” I Divizion komandasını məğlub edə bilmədi

“Rəvan” I Divizion komandasını məğlub edə bilmədi

"Rəvan" klubunun əvəzedicilərdən ibarət komandası "Qaradağ Lökbatan" komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da baş tutan oyunda tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb.

Qeyd edək ki, bu görüşdə əvəzedicilərdən ibarət komandanın baş məşqçisi Elşad Quliyev düşərgədə olan yeni futbolçuları sınaqdan keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə