Taekvondoçular Qəbələdə

Taekvondoçularımızın Qəbələdə təlim-məşq toplanışı başlanıb. Siasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi, Əməkdar Məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə hazırlıq prosesinə 50-dək idmançı qatılıb.
Dünya Taekvondo Federasiyasının Reabilitasiya Mərkəzində keçirilən təlim-məşq toplanışı yanvarın 30-dək davam edəcək. Taekvondoçularımız üçün ilin ilk yarışı isə fevralın əvvəlində İsveçdə olacaq. Gənclərdən ibarət milli komandamız fevralın 9-10-da "Trelleborq Open" beynəlxalq turnirində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə