Voleybolçu qadınlar arasında Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin ilk oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən Bakının "Rabitə" komandası da növbəti matçına çıxıb. Təmsilçimizin bu mərhələdəki rəqibi Fransanın "Kann" klubu olub. Maraqlı idman mübarizəsi şəraitində keçən səfər görüşü "Rabitə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB