"Sumqayıt"dan bu günkü xəbərlər

"Sumqayıt"dan bu günkü xəbərlər

"Sumqayıt" Futbol Klubu "Bayıl Arena"da növbəti məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, səhər saatlarında daha çox fiziki hazırlıq üzərində çalışan komanda məşqin sonunda iki tərəfli oyunla kifayətlənib. Xəstə olduğu üçün Ruslan Qurbanov və Emin Cəfərquliyev bu günkü məşqdə iştirak etməyib. Bərpa prosesi keçən Murad Ağayev və Sabir Allahquliyev fərdi məşqlərlə kifayətlənib. Yüngül zədəsi olan Pərdis Fərcad-Azad və Murad Doymuş hazırlığını trenajor zalında davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə